16:27
399
Dağıstanın Qayakənd rayonunun İnçxe qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın nəticəsində üç uşaq həyatını itirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "İnterfaks"a respublika prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
Yanğın sentyabrın 23-də baş verib. Həlak olanlar 2019, 2022 və 2024-cü il təvəllüdlü uşaqlardır.
Prokurorluq hadisənin səbəblərini və şəraitini müəyyənləşdirir, həmçinin yetkinlik yaşına çatmayanlar haqqında qanunvericiliyə riayət olunub-olunmadığını yoxlayacaq. Uşaqların ölümü faktı üzrə prosessual yoxlamanın gedişi və nəticələri nəzarətə götürülüb.
Məryəm Quliyeva