Suraxanı və Qaradağ rayonlarının bəzi ərazilərində qaz olmayacaq İqtisadiyyat

Suraxanı və Qaradağ rayonlarının bəzi ərazilərində qaz olmayacaq

Bu gün paytaxtın iki rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə "APA-Economics" "Azəriqaz"a istinadən xəbər verir.

Məlumata görə, qaz xəttinin yerinin dəyişdirilməsi və "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar 28.09.2026-ci il tarixində saat 10:00-dan Suraxanı rayonunun AB yaşayış massivinin, saat 11:00-dan 13:00-dək Qaradağ rayonunun Vulkan ərazisinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.