08:24
847
Amerika Prezidenti Donald Tramp ABŞ və İran arasındakı münaqişənin noyabrın əvvəlinə planlaşdırılan Konqresə aralıq seçkilərindən əvvəl başa çata biləcəyini növbəti dəfə bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, Tramp oktyabrın 1-də Texas ştatında çıxışı zamanı münaqişənin seçkilərdən dərhal sonra başa çatacağını düşündüyünü, lakin bunun seçkilərədək də mümkün olduğunu deyib.
"Düşünürəm ki, biz seçkilərdən dərhal sonra qalib gələcəyik, amma bəlkə də seçkilərə qədər", - deyə ABŞ lideri bildirib. Onun fikrincə, İran iqtisadi çətinliklər səbəbindən "çökməyə hazırdır". "Biz çox asanlıqla qalib gələ bilərik", - deyə Amerika lideri hesab edir.
Çıxışından əvvəl Tramp jurnalistlərə də münaqişənin "bu və ya digər şəkildə - çox tezliklə başa çatacağını" deyib.
Konqresə aralıq seçkiləri noyabrın 3-də keçiriləcək. Seçkilərdə Senatın 100 üzvündən 33-ü və Nümayəndələr Palatasının bütün 435 üzvü yenidən seçiləcək.
Məryəm Quliyeva