14:25
441
ABŞ-nin Yaxın Şərqdəki hərbi əməliyyatları ətraf mühitin ciddi çirklənməsinə və təbii resurs potensialının məhvinə gətirib çıxarıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkiyan bəyan edib.
"Birləşmiş Ştatlar tərəfindən regionumuzda başladılan təcavüzkar müharibələr sənaye və energetika obyektlərini sıradan çıxarıb, bu da torpaq və suyun çirklənməsinə səbəb olub. Bu, ekosistemə zərər vurur və biomüxtəlifliyin qorunması istiqamətində səylərimizi zəiflədir", - deyə o, Bioloji Müxtəliflik üzrə 17-ci Konfransın (COP17) liderlər sammitində çıxışı zamanı bildirib.
Sammit 15-16 oktyabr tarixlərində İrəvanda "Təbiət naminə liderlər" devizi altında keçirilir. Sammitdə BMT-nin Baş katibi Antonio Quterreş, İran Prezidenti Məsud Pezeşkyan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qırğızıstan Prezidenti Sadir Japarov, Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov, Gürcüstanın Baş naziri İrakli Kobaxidze və digər dövlət və beynəlxalq təşkilatların başçıları iştirak edirlər.
Məryəm Quliyeva