17:34
616.jpg)
Bu həftə sonu planlaşdırılan etirazlar zamanı əvvəlki nümayişlərdə müşahidə olunan iğtişaşların təkrarlanmasına imkan verməmək üçün Fransada yenidən böyük sayda polis qüvvəsi cəlb olunacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes RTL telekanalına müsahibəsində bildirib.
Nunyes keçən həftə sonu keçirilən təhlükəsizlik əməliyyatına bənzər bir tədbirin görüləcəyini açıqlayıb. Həmin vaxt etirazları yatırtmaq, iğtişaş iştirakçıları və qarətçilərlə mübarizə aparmaq üçün təxminən 70 000 polis əməkdaşı, habelə zirehli texnika və su şırnağı maşınları səfərbər edilmişdi.
"Biz eyni miqyasda qüvvələri cəlb edəcəyik", - deyə o, RTL-yə müsahibəsində bildirib.
Noyabrın 5-də növbəti kütləvi etirazlara çağırışlarla bağlı bu cür genişmiqyaslı səfərbərlik fonunda polisin qayda-qanunu təmin edə bilib-bilməyəcəyi barədə suala Nunyes "Ehtiyac olduğu müddətcə davam edəcəyik", - deyə əlavə edib.
Məryəm Quliyeva