13:22
728.jpg)
Ötən sutka ərzində üç tanker Hörmüz boğazının icazə verilməyən cənub marşrutu ilə hərəkət edərkən minaya çırpılaraq partlayıb və yanmağa başlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
"Ötən sutka ərzində qaydaları pozan üç tanker Hörmüz boğazının icazə verilməyən cənub marşrutu ilə keçərkən minalarla toqquşduqdan sonra partlayaraq yanıb və boğazın cənub sahillərində tərk edilib", - deyə bəyanatda bildirilir.
SEPAH HDQ-nin məlumatına görə, gəmilər radiolokasiya və naviqasiya sistemlərini söndürərək və xəbərdarlıqlara reaksiya verməyərək qadağan olunmuş marşrutla boğazdan çıxmağa cəhd ediblər. HDQ-dən bildirilib ki, bu marşrut təhlükəlidir, oradan keçidə görə məsuliyyət isə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial şəbəkələrdəki "illüziyalarına" uymamalı olan gəmi sahiblərinin və heyətlərinin üzərinə düşür. SEPAH HDQ nümayəndələrinin sözlərinə görə, Amerika ordusunun dəstəyi ilə boğazdan keçid qaydalarını görməzdən gələn istənilən təxribatçı əməlin qarşısı qətiyyətlə alınacaq.
Məryəm Quliyeva