16:04
238
ABŞ nümayəndəsi Cared Kuşner Ukraynadakı münaqişənin nizamlanması üzrə danışıqlar zamanı ərazi məsələsini müzakirə olunası ən çətin mövzu adlandırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
"Biz həmçinin çətin məsələləri də müzakirə etdik. Ərazi məsələləri ən çətini olacaq, lakin əminik ki, digər problemlərin həlli ilə məşğul olduğumuz müddətdə hərtərəfli nizamlanmaya nail olacağıq", - deyə o, Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidə keçirilən danışıqların yekununda bildirib.
Məryəm Quliyeva