14:57
140
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən 2026-cı ilin 10 ayı ərzində əlilliyi olan şəxslərə 693 min reabilitasiya vasitəsi verilib.
ƏƏSMN-dən verilən məlumata görə, onlardan 4821 təkərli oturacaq (o cümlədən 138 mühərrikli təkərli oturacaq), 1683 aşağı və yuxarı ətraf protezi, 2549 eşitmə aparatı, 3143 əsa və qoltuqaltı/dirsəkaltı ağac olub.
Bildirilib ki, eyni zamanda, əlilliyi olan şəxslərə 2455 cüt protez və 5264 cüt ortopedik ayaqqabı, 257 korset və s. reabilitasiya vasitələri təqdim olunub: "Bu ilin yanvar-oktyabr aylarında ümumilikdə 12 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib".
13:32
525
10:49
553
10:03
644