ABŞ-dan Rusiya-Almaniya layihəsinə sanksiya hədəsi Dünya
"Rusiyadan Almaniyaya Baltik Dənizindən keçməklə çəkilməsi planlaşdırılan qaz kəməri təhlükəsizlik əndişələri yaradır və ABŞ-ın sanksiyalarına səbəb ola bilər". Azadlıq xəbər verir ki, belə bir xəbərdarlıqla Birləşmiş Ştatların aparıcı diplomatı çıxış edib. ABŞ dövlət katibi köməkçisinin müavini, departamentdə enerji siyasəti üzrə ekspert Sandra Oudkirk mayın 17-də Berlinə səfəri zamanı bu haqda danışıb. O, Birləşmiş Ştatların Şimal Axını-2 qaz kəmərinə qarşı olduğunu, bu layihənin Rusiyanın Avropada "məkrli nüfuzu"nu gücləndirə biləcəyinə görə sanksiyalarla üzləşə biləcəyini vurğulayıb. "Bu layihənin dayandırılmasından ötrü diplomatik yollarla bacardığımız qədər təsir göstəririk", – deyən diplomat onu da əlavə edib ki, Konqres hökumətə lazım gələndə Rusiyanın oxşar layihələrinə sanksiya qoymaq səlahiyyəti verib. "İstənilən kəmər layihəsinə… sanksiya riski getdikcə daha da artır. Bu layihə gerçəkləşməsəydi, sevinərdik", – deyə o vurğulayıb.
Mayın 18-də Almaniyanın kansleri Angela Merkel Rusiyanın Soçi kurort şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Onların bu layihəni, eləcə də Birləşmiş Ştatların İranla nüvə sazişindən çıxmaq qərarını müzakirə edəcəkdi. Almaniya Rusiyanın Ukraynaya təcavüzkar fəaliyyəti və digər məsələlərlə bağlı sərt mövqe tutur. Ancaq Merkel bu kəməri müdafiə edir, Almaniyanın qaz təchizatını təmin etməsinə ciddi ehtiyac olduğunu bildirib. Almaniya Avropanın ən böyük iqtisadiyyatı və dünyanın ən böyük qaz idxalçısıdır. Nüvə enerjisi zavodlarının fəaliyyətini tədricən dayandırdığından qazdan asılılığını da yüksəldəcəyi gözlənir. Almaniya hökumətinin Rusiya üzrə təmsilçisi Dirk Viesenin deməsinə görə, Berlin bu kəmərə və İran sazişinə Moskvayla "əməkdaşlıq adaları" kimi baxır.
11 milyard dollarlıq bu layihə Rusiyanın Qərbi Avropaya ötürdüyü qazın həcmini ikiqat artıracaq. Əsasən Sibirdəki yeni yataqlardan çıxarılacaq qazın nəqlinə gəlin ilin sonunda başlanması gözlənir. Kəmərin tikintisində iştirak edən şirkətlər bu həftə Almaniyanın Baltik sahilində hazırlıq işlərinə başlayıblar. Almaniyadakı zavodlar isə artıq minlərlə polad borunun istehsalına başlayıblar.
Oudkirkin fikrincə, bu layihə ona görə təhlükəsizlik sarıdan narahatlıq yaradır ki, qaz tranziti Ukraynadan yan keçəcək. Ukrayna isə tranzit haqqından çox asılıdır. Bundan başqa, Rusiya bu kəmər vasitəsilə həssas hərbi region sayılan Baltik dənizində yüksək texnologiyaya söykənən monitorinq və dinləmə avadanlığı quraşdıra bilər.
Diplomat Rusiyanın keçmişdə Ukraynayla mübahisə yarandıqca onun qaz təchizatını kəsdiyini də yada salıb. Onun deməsinə görə, Vaşinqton Rusiyanın Baltik kəmərindən də oxşar təzyiq vasitəsi kimi istifadə edə biləcəyindən narahatdır. Oudkirk Birləşmiş Ştatların Avropaya maye qaz ixracını artırmaq istədiyi üçün bu kəmərə qarşı çıxmasına dair iddiaları rədd edib. Şimal Axını-2-nin sözçüsü Jens Mueller isə yeni kəmərin Rusiya qazından asılılığı artıracağıyla bağlı deyilənləri rədd edib. Onun sözlərinə görə, bu, Qərbi Avropa üçün xeyli sayda təbii qaz mənbələrindən yalnız biri olacaq.