İranda İŞİD-ə qarşı qeyri-rəsmi səfərbərlik başlandı Dünya

İranda İŞİD-ə qarşı qeyri-rəsmi səfərbərlik başlandı

İran prezidenti Həsən Ruhani "İraq Şam İslam Dövləti" (İŞİD) təşkilatına qarşı İranda qeyri-rəsmi səfərbərliyin olduğunu etiraf edib.
İran prezidenti İŞİD-in İraqda terror əməliyyatları ilə bağlı mövqeyini açıqlayıb. H.Ruhani bildirib ki, İran İraqdakı müqəddəs yerlərin müdafiəsi məsələsində tərəddüd etməyəcək: "Müqəddəs yerləri terrorçulardan qoruyacağıq".
H.Ruhani deyib ki, artıq çoxlu sayda iranlı İraqdakı müqəddəs ziyarətgahları qorumaq üçün mübarizəyə hazır olduqlarını bəyan ediblər.