Qəzza yer üzündən silinə bilər Dünya

Qəzza yer üzündən silinə bilər

İsraillə Həmas arasında yaşanan silahlı toqquşmadan sonra atəşkəsin əldə olunması, bu ölkənin müdafizə naziri Aviqdor Libermanın etirazına səbəb olaraq istefa verməsi onun siyasi nüfuzunun yüksəlməsinə növbəti seçkilərdə qələbə şansının artmasına gətirə bilər. Bunu qəzetimizə aşıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, Trampın Fələstin planın bəzi detalları məlum olduqdan sonra, Həmasın silahlı qanadı olan Qəssam tuqayaları tərəfindən İsrailə qarşı raket zərbələri həyata keçirildi. Bu raket zərbələri nəticədə Qəzzanın İsrail tərəfindən yer üzündən silinməsinə gətirəcək: "İlk növbədə Fələstinin daxili qüvvələri birləşib, sülh əldə etsinlər, sonra İsraillə sülh danışıqlarına başlasınlar. FAT və Həmas arasında düşmənçilik Fələstinin İsrail tərəfindən zəiflədilməsinə gətiricək. Təbii ki, İsrail-Fələstin münqişəsinin alovlanması, Trampın həyata keçirdiyi Qüds siyasətinin yanlış nəticəsidir. Fələstinlilərlə Yəhudilər öz tarixi torpaqlarında məskunlaşıblar və iki xalqın haqqıdır ki, öz dövlətlərinə sahib olsunlar".
Politoloqun fikrincə, Azərbaycanın dostu və əsas lobbiçisi Aviqdor Libermanın müdafiə naziri vəzifəsindən istefa verməsi, heç də Azərbaycanın bu ölkədə mövqeyinin zəifləməsinə gətirib çıxaramayacaq. İsraildə Azərbaycanın dostları çoxdur və iki ölkə arasında əlaqələr şəxslər üzrə deyil, strateji maraqlar üzrə qrulub: "Hazırda Aviqdor Liberman ölkədə yenidən parlament seçkilərinin keçirilməsinə çağırıb. Kifayət qədər tanınan və ictimai təsirə malik olan Liberman növbəti seçkilərdə baş nazir seçilmək şansına malikdir. Hazırda baş nazir B.Netanyahudan da yüksək siyasi və ciddi nüfuza malikdir.
Libermanın istefasından sonra İsrail hökumətində koalisiya parçalanamaya məruz qaldı. Növbədənkənar parlament seçkilərində Libermanın partiyası Knessetidə səs çoxluğu əldə etsə, baş nazir postuna əyləşə biər. Bu da Azərbaycan-İsrail əlaqələrinin ən yüksək əməkdaşlıq zirvəsinə gətirib çıxarar".