Ermənilər Rusiyanı ittiham edirlər Dünya

Ermənilər Rusiyanı ittiham edirlər

Ayrikyan: "Hər şeyin günahkarı Kremldir"

"Moskva strateji tərəfdaşı olan Azərbaycan üçün nəsə qurban verməyə hazırdır". Belə bir bəyənatla "Milli müqəddəratını təyinetmə" təşkilatının rəhbəri Paruyr Ayrikyan keçirdiyi mətbuat konfransında bildirib. Rusiya "Qarabağ kartı"ndan istifadə edərək Azərbaycanı yeni yaradılan Birliyə üzv etməyə çalışır. Ayrikyanın sözlərinə görə, İrəvandan fərqli olaraq rəsmi Bakı AİB-ə qoşulmağa tələsmir. Onlar hazırda Kremlin beynəlxalq arenada ən təsirli oyunçu olmadığını yaxşı başa düşürlər.
Ayrikyan onu da qeyd edib ki, "rəsmi Moskva öz maraqlarından ötrü dostlarını satmağa hazırdır və satır".
Yeri gəlmişkən, Avrasiya institutunun direktoru Vladimir Lepexin İrəvanda bəyan edib ki, Rusiya Ermənistanı AİB-ə daha rahat şəkildə üzv etməyə çalışır. Erməni mətbuatı isə Moskvadan gələn qonağın bu sözlərini Ermənistanın AİB-ə üzv olma müddətinin uzadılması kimi dəyərləndirib.