16 İyul 2019 16:43
2 800
Biz bu cür mövzuların ABŞ kimi ölkələrdə problem yaratmasını istəmirik.
Bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiyadan S-400 raket komplekslərinin alınması ilə bağlı danışarkən deyib.
“Hər müttəfiq öz müdafiəsi üçün sistemləri istədiyi yerdən ala bilər. S-400 sistemləri, F-35-lər də daxil olmaqla, NATO sistemlərinə təhdid təşkil etmir. Müdafiə ehtiyacı yarananda istifadə olunacaq bir sistemdir”, - Çavuşoğlu bildirib.