Korrupsiya “vətənə xəyanət”lə eyniləşdirilə bilər Dünya

Korrupsiya “vətənə xəyanət”lə eyniləşdirilə bilər

Rusiyada korrupsiya ilə mübarizədə effektivliyin ciddi şəkildə artırılması üçün ilk növbədə dövlət büdcəsindən mənimsəməni “vətənə xəyanət” maddəsilə eyniləşdirmək lazımdır.
Bunu Milli Antikorrupsiya Komitəsi İctimai Təşkilatının sədri Kiril Kabanov deyib.
“Burada “vətənə xəyanət”də olduğu kimi, 20 ildən 25 ilə qədər azadlıqdan məhrumetmə cəzası tətbiq olunmalıdır. Əgər zərər qarşılanarsa, yalnız bu halda cinayətkarı vaxtından əvvəl azadlığa buraxmaq olar”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya Hesablamalar Palatasının sədri Aleksey Kudrin səlahiyyətlərinin artırılmasını istəyib. O, hazırda ölkədə korrupsiyanın miqdarının trilyonlarla rubl səviyyəsində olduğunu bildirib.