İranda neft məmulatları satışa çıxarılacaq Dünya

İranda neft məmulatları satışa çıxarılacaq

İranın Enerji Birjasında martın 7-də bir sıra neft məmulatları satışa çıxarılacaq.
Bu, İranın Enerji Birjasının elanında öz əksini tapıb.
Məlumata görə, Təbriz Neftayırma Şirkətinin iso recycle, iso feed, solvent 402, solvent 404 və reformate, Bəndər İmam Neft-Kimay Şirkətinin sənaye propan qazı və sənaye maye qazı daxili bölmədə satışa çıxarılacaq.
Qeyd edilib ki, Kirmanşah neftayırma şirkətinin yüngül naftası satışa çıxarılacaq.
İranın Enerji Birjasında bir sıra neft məmulatları satışa çıxarılır və daha önəm kəsb edən məmulatlar elan olunur:
"Ötən gün (4 mart) İranın Təbriz neftayırma şirkətinin iso recycle, solvent 402 və reformate, Cəm neftayırma şirkətinin ağır distillə, Şazənd neft-kimya şirkətinin ağır distillə, Kirmanşah neftayırma şirkətinin pentane və solvent 402, İsfahan neftayırma şirkətinin solvent 502 və solvent 503 məhsulları daxili bölmədə satışa çıxarılıb".
Məlumatda əlavə olunur ki, ötən gün (4 mart) İranın Kirmanşah neftayırma şirkətinin distillə qülləsinin qalığı, Bouali Sina neft-kimya şirkətinin reformate, Cənubi Pars Qaz Kompleksinin qaz kondensatları beynəlxalq bölmədə satılıb:
"Ümumilikdə ötən gün satılan məhsullar (4 mart) 1,08 trilyon rial (təxminən 7,06 milyon dollar SANA sisteminə əsasən) təşkil edir".