1 Avqust 16:32
7 Aprel 2020 16:39
2 009
Koronavirus səbəbiylə yaranan vəziyyətə görə Gürcüstanda planlaşdırılan Şərq Tərəfdaşlığı sammitinin nə vaxt keçiriləcəyi bilinmir.
APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan Xarici işlər naziri David Zalkaliani belə deyib. O bildirib ki, Gürcüstanın Baş naziri Giorgi Qaxariyanın Avropa Komissarı Oliver Varhel ilə video konfransında məsələ müzakirə edilib: "Bu vəziyyətdə növbəti Şərq Tərəfdaşlığı sammitinin nə vaxt keçiriləcəyi barədə danışmaq çətindir. Məlum olduğu kimi, sammit iyun ayında planlaşdırılır, lakin bu, virusa qarşı mübarizədə yaxın gələcəkdə yaranacaq vəziyyətdən asılı olacaq".
1 Avqust 21:21
700
1 Avqust 21:18
658
1 Avqust 20:02
707