ÜST: Qadağaları yumşaltmağın vaxtı deyil Dünya
- 8 Aprel 2020 14:45
- 1 344
“Dünya miqyasında koronavirusa yoluxma hallarının təxminən yarısı Avropa qitəsində baş verir”.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Henri Kluqe mətbuat konfransında deyib.
O bildirib ki, koronavirusun ən çox təsirinə məruz qalan ilk on ölkənin 7-si Avropadadır: “Qitədə yeni təsdiqlənmiş yoluxma faktları artmağa davam edir. Avropada bu səhərədək təsdiqlənmiş yoluxmaların ümumi sayı 687 236-ya çatıb, o cümlədən bu günədək virusdan 52 824 nəfər vəfat edib”.
Hans Henri Kluqenin sözlərinə görə, həm İspaniyada, həm də İtaliyada gündəlik ölüm sayının azalması müşahidə olunur: “Geniş ictimai səhiyyə və sosial tədbirlərin həyata keçirilməsi nəticəsində Almaniyada da yoluxmalar azalmağa başlayıb. Ölkədə ölüm halları və təsdiqlənmiş halların orta yaş həddi başqa ölkələrdəki orta səviyyədən aşağıdır. Bu həm demoqrafiya amili, həm də genişmiqyaslı testlərin aparılması ilə əlaqələndirilir. Avstriya, Niderland və İsveçrədə də irəliləyiş müşahidə olunur”.
ÜST rəsmisi qeyd edib ki, yoluxmalara hər yaş kateqoriyasında rast gəlinir, lakin 15 yaşadək uşaqlarda daha az yoluxma müşahidə olunub: “Xəstəlik yaşlı insanlarda, xüsusən də kişilərdə və sağlamlığında digər problemləri olanlarda daha şiddətli olur. Baxmayaraq ki, əksər hallarda simptomlar yüngül olur, lakin demək olar ki, yoluxanların 40%-i xəstəxanaya yerləşdirilməyə, 5%-i isə intensiv müalicəyə ehtiyac duyur. Həyatını itirənlərin üçdə ikisi kişilərdir və vəfat edənlərin 95%-i 60 yaşdan yuxarı insanlardır. Vəfat edən şəxslərin əksəriyyətində bir və ya bir neçə sağlamlıq problemi olub. Ölənlərin 66%-də ürək-damar, 29%-də diabet, 21%-də böyrək xəstəlikləri olub”.
ÜST-ün Avropa regionu üzrə direktoru vurğulayıb ki, qadağaları yumşaltmağın vaxtı deyil, kollektiv səylər ikiqat və üçqat artırılmalıdır: “Marafonda hələ uzun bir yolumuz var və virusla mübarizədə bu günə qədər əldə etdiyimiz irəliləyiş son dərəcə kövrəkdir. Son nöqtəyə yaxınlaşdığımızı düşünmək, təhlükəli nəticə verə bilər. Virus səhv və ya özündənrazılığı bağışlamır. Cavab strategiyamızdakı hər hansı bir dəyişiklik – karantinin ləğvi və ya fiziki uzaqlaşdırma tədbirlərinin yumşaldılması çox diqqətli düşünməyi tələb edir”.
-
Makronun “fransız xalqına kef çəkdirmək” həvəsi
-
Avropa İttifaqı-Çin yaxınlaşmasının PƏRDƏARXASI: ABŞ bu ölkəni ciddi rəqib və təhdid olaraq görür
-
Təkrar istifadəyə yararsızdır!
-
“Layihəsinin “rus qanunu” adlandırılması yumşaq şantaj xarakteri daşıyır”
-
Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
-
Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir - ŞƏRH
-
Əli Əsədov Malayziyanın Parlament Senatının prezidenti ilə görüşüb
-
AFFA-nın vitse-prezidenti AVRO-2024-ə təyinat alıb
-
Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun ilk günü başa çatıb
-
50 aptekdə yoxlama aparıldı: nöqsanlar aşkarlandı
-
Buna icazə verməyəcəyik
-
Urmu gölü barədə son məlumat açıqlandı
-
Cavad Məhhəmmədi Fərd və Əlirza Qənbəri saxlanılıblar
-
Talassemiyalı uşaqların ailələrindən 1 milyon alan şəxs həbs edildi
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlar keçirilib: 41 nəfər saxlanılıb
-
Respublika Sanitariya-Karantin Mərkəzindəki əməliyyatda vəzifəli şəxslər cinayət başında yaxalanıblar - VİDEO
-
Azərbaycan mədəniyyətlərarası dialoqun qurulmasına mühüm töhfələr verir - İSESKO-nun Baş direktoru
-
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib - YENİLƏNİB
-
Prezident İlham Əliyev BMT Baş katibinin qanunun aliliyi və təhlükəsizlik təsisatları üzrə köməkçisini qəbul edib
-
Xınalığa dolu düşüb
-
Prezident İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib - FOTO
-
5 gün iş olmayacaq - BU TARİXDƏN
-
HDQ-də NATO-nun nümayəndələri ilə görüş keçirilib
-
İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın mövqelərinə zərbələr endirib
-
COP29 komandası substantiv məsələlər üzrə üç əsas istiqamətdə fəaliyyət göstərir - Yalçın Rəfiyev
-
Donor olmaq üçün şəxsin özünün könüllü razılığı olmalıdır - SN
-
3-cü MDB oyunlarının keçirilməsi planlaşdırılır - Baş katibin müavini
-
Prezident İlham Əliyev KAICIID-in Baş katibini qəbul edib
-
Prezident İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB
-
Bəşəriyyət üzləşdiyi çağırışların həll yolunu tapmalıdı - Liviyalı nazir
-
Prezident Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
-
Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət heyəti qəbul edib - YENİLƏNİB
-
Azərbaycanla dostluğumuzu, tərəfdaşlığımızı yüksək qiymətləndiririk - Gürcüstanın baş nazirinin müavini
-
Yaşıl enerjinin əhatəsin genişləndirməliyik - İSESKO-nun Baş direktoru
-
Sənaye şəhərlərində infrastruktur layihələrinin icrasında qabaqcıl texnologiyalar tətbiq edilir - Muxtar Babayev
-
Kəlbəcərdə yük maşını AŞDI - Sürücü öldü - VİDEO
-
NASA Arktika Dairəsinə elmi tədqiqat üçün hava şarları göndərir
-
Aktivistin müvəqqəti azad olunmasına icazə verilmir
-
Tikinti obyektlərinin su təchizatı sisteminə qoşulması qaydası hazırlanacaq
-
Ağdamda yol qəzası olub, ölən və xəsarət alanlar var
-
Azərbaycanda hər zaman müxtəlif din və ənənələrə sahib insanlar sülh içərisində yaşayıb - Nazir
-
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilib
-
İpotekaya xitam verilən hallar genişlənib
-
Ötən ay azad edilmiş ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb
-
“Su təchizatı və tullantı suları haqqında” qanunda dəyişiklik edildi
-
Prezident İlham Əliyev bir sıra sənədlərdə dəyişiklik etdi - FƏRMAN
-
Təbrizdə ilk elektrik muzeyi açılır
-
Soltan Məmmədov: Biz mədəni irsin qorunmasına töhfələr vermişik
-
Ötən ay dövlət sərhədini pоzduqlarına görə 26 nəfər saxlanılıb
-
FHN-in əməkdaşı çempionatın qalibi olub
-
Ceyhun Bayramov UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri və Milli Komissiya rəhbərləri ilə görüşüb
-
Məşhur ABŞ yazçısı vəfat edib
-
Paşinyan özünü və erməniləri sınayır: bundan sonra nə olacaq?
-
Bakıda keçiriləcək Avropa kubokunun mükafat fondu açıqlandı
-
“Sülh və qlobal təhlükəsizlik naminə nəsillərarası dialoq” adlı panel sessiyası keçirilib
-
Ən varlı rusiyalıların sərvəti bu il 15,8 milyard dollar artıb - Bloomberg
-
Əli Əsədov Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşdü
-
Gəncləri və qadınları sülh quruculuğuna cəlb etməliyik - ASEAN rəsmisi
-
Millətlər və xalqlar arasında dialoqu təşviq etməliyik - Efendus Henderson
-
Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası