“Siqaret satışına ciddi nəzarət olmalıdır”
13 Yanvar 19:20
13 Yanvar 19:20
13 Yanvar 18:56
13 Yanvar 17:06
13 Yanvar 16:27
Britaniya 16 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsini qadağan edə bilər
Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
9 Aprel 2020 13:46
2 863
KXDR koronavirusla mübarizə aparmaq məqsədilə bakteriya əleyhinə nanoörtüklü maska hazırlayıb. AZƏRTAC Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadla xəbər verir ki, yeni maskalar KXDR Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən Tibbi Avadanlıqlar üzrə Tədqiqat İnstitutunda fövqəladə epidemiyalar əleyhinə tədbirlər çərçivəsində hazırlanıb. Çalışmalarda ölkədə istehsal olunan materiallardan istifadə edilib. Artıq Pxenyanda yerləşən tibbi avadanlıqlar zavodu yeni maskaların istehsalına başlayıb. “Antibakterial nanopreparatdan istifadə olunmaqla istehsal edilən yeni maskalar havada olan müxtəlif bakteriya və virusları məhv edərək və kiçik hissəcikləri saxlayaraq insanların təmiz hava ilə nəfəs almalarına imkan yaradır”, - deyə məlumatda qeyd edilir. Yeni maskaların Dünya Səhiyyə Təşkilatının qəbul etdiyi texniki xüsusiyyətlərə uyğun olduğu bildirilir. Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Bakı vaxtı ilə bu gün saat 13:00-a olan məlumata əsasən, dünya üzrə 1 milyon 522 minə yaxın yoluxma və 88 min 655 ölüm faktı qeydə alınıb.
13 Yanvar 21:23
1 043
13 Yanvar 19:22
1 176
13 Yanvar 19:21
1 001