Paşinyanın sərsəm bəyanatları ictimaiyyətin narazılığına səbəb olub Dünya

Paşinyanın sərsəm bəyanatları ictimaiyyətin narazılığına səbəb olub

Baş nazir Paşinyanın populist çıxışları erməni ictimai, siyasi xadimlərinin narazılıqlarını artırıb.
Erməni KİV xəbər verir ki, Ermənistan parlamentinin keçmiş deputatı Vardan Bostancyan Ermənistan Baş naziri Nikol Paşinyanın böhran dövründə beynəlxalq qurumların proqnozları ilə bağlı qeydinə toxunarkən bildirib ki, bütün dünya çöküşdədir. Aydındır ki, Paşinyanın iqtisadi baxımdan nikbinliyi əsaslı deyil.
Bostancyanın sözlərinə görə, Ermənistan Baş nazirinin ritorikasına təəccüblənmək lazım deyil. Keçmiş erməni deputat qeyd edib ki, 2018-ci ilin mayından, yəni hakimiyyətə gəldikdən etibarən Paşinyan yalnız müsbət hallar haqqında danışır.
““Hər şey yaxşıdır, əladır” demək insanları boş, puç sözlərlə qidalandırmaq üçündür”, - deyə o bildirib.
Ermənistanın İnsan İnkişafı Beynəlxalq Mərkəzinin sədri Tevan Poğosyan isə öz “Facebook” səhifəsində yazıb:” Ermənistanın liderləri heç vaxt hakimiyyətdən uzaqlaşmırlar. Bu fenomenin necə izah etməyin mümkün olduğunu bilmirəm”.
O bildirib ki, uzaqlaşmağı bacarmırlar, istəmirlər: “Bəlkə biz qoymuruq? Doğurdan da sanki baxışlarımızı keçmişdən götürməyərək gələcəyin yerində olmasını könülsüz şəkildə tələb edən bizlərik. Axı sən davamlı şəkildə keçmişi indiyə gətirəndə o da gələcəyin ayağından çəkir və indini geri qaytarır”.