İranda “Whatsapp”a qadağa Dünya

İranda “Whatsapp”a qadağa

Səbəb İslam İnqilabının lideri ayətullah Xomeyni ilə bağlı təhqir mesajlarının yayılmasıdır

İranın baş prokuroru Qulamhüseyn Möhsün Ejei "Whatsapp"ın qadağan edilməsi ilə bağlı ölkənin rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaiziyə məktub göndərib.
Panoram.az-ın məlumatına görə, məktubda "Whatsapp"da İslam əxlaqına, təhlükəsizliyə və İran İslam İnqilabının lideri ayətullah Xomeyninin özündə təhqir ehtiva edən mesajların genişləndiyi və bu səbəbdən də mobil tətbiqlərə daxilolmanın qarşısının alınması əmrini verib.
İranın baş prokuroru daha əvvəl də Rabitə və İnformasiya Nazirliyinə sözügedən əməliyyatların qarşısının alınması ilə bağlı tələblərini bildirdiklərini, ancaq məsələ ilə bağlı hər hansı bir addım atılmadığını vurğulayıb.
Q.M.Ejei mobil əməliyyatların ən gec 30 gün ərzində qarşısının alınmaması vəziyyətində məhkəmənin qanunları pozanlara qarşı qanunlar çərçivəsində qərar alacağını söyləyib.
Qeyd edək ki, internet məsələsində mühafizəkar müxaliflərlə zaman-zaman mübahisə edən prezident Həsən Ruhani bu ayın əvvəlində verdiyi bəyanatda İranın bəzi dini liderlərindən internet və yeni texnologiyalar mövzusunda daha tolerant olmalarını istəmişdi. İran hökuməti də qısa müddət öncə telekommunikasiya şirkətlərinin abonentlərinə təqdim etdiyi 3G xidmətlərinin genişləndirilməsinə icazə vermişdi.