“Çox istərdim ki, doğma Azərbaycanda da belə festivallar tez-tez olsun”
Bu ilin on ayında proaktiv qaydada sosial müavinət və təqaüd təyin olunanları sayı açıqlanıb
Qırmızıbazar kəndində traktor minaya düşüb, bir nəfər xəsarət alıb
2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
5 May 2020 09:04
1 596
Almaniyada COVID-19 infeksiyasına yoluxanların sayı son sutkada 685 nəfər artıb, 139 nəfər isə bu virusdan ölüb.
Bu barədə Robert Kox İnstitutu məlumat yayıb.
İnstitut Səhiyyə Nazirliyinin strukturuna daxildir və ölkədə koronavirusa yoluxma hallarının statistikasını aparır.
Bütün epidemiya dövründə həkimlər ölkədə 163 860 nəfərdə yoluxma aşkar ediblər, 6831 nəfər isə virusun qurbanına çevrilib. Sağalanların sayı 135 min nəfərdir.
Ən çox yoluxma halları Bavariyada (43 162), Şimali Reyn-Vestfaliyada (33 728) və Baden-Vürtemberqdə (32 482) müşahidə edilib. Berlində isə 6042 yoluxma faktı qeydə alınıb.