4 Avqust 16:31
Qızılın dünya bazarlarında qiyməti ilin ikinci rübündə 4 500 dolları ötüb
Səfir: Pakistan Kəşmir məsələsində Azərbaycanın dəstəyini yüksək qiymətləndirir
ABŞ Ukraynaya "Patriot" istehsalı lisenziyasının verilməsini müzakirə edir
“Maliyyə institutlarının bazar davranışına dair Metodoloji Rəhbərlik” sənədi təsdiqlənib
5 May 2020 12:09
1 778
Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Inı təltif etdiyi medal Şimali Koreyanın Xarici İşlər nazirinə təqdim olunub.
Bu barədə Rusiyanın Pxenyandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, medalın təqdimetmə mərasimi Mansudae Yığıncaq Zalında baş tutub.
“1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” xatirə medalı Rusiya səfiri Aleksandr Matseqora tərəfindən Şimali Koreyanın Xaric İşlər naziri Ri Son Qvona təqdim olunub”, - deyə qeyd olunub.
Qeyd edək ki, Rusiya Prezidenti Kim Çen Inı Şimali Koreyada həlak olan sovet əsgərlərinin xatirəsinin əbədiləşdirilməsindəki roluna görə xatirə medalı ilə təltif edib.
Xatırladaq ki, Şimali Koreyada 1375 sovet əsgəri dəfn olunub.