Lavrov Türkiyəni hədələdi Dünya

Lavrov Türkiyəni hədələdi

"Suriyadakı rejimi dəyişdirmək niyyətləri Rusiya tərəfindən qəbul edilməzdir"
Türkiyənin Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən devrilməsi şərti ilə İŞİD-ə qarşı əməliyyatlart keçirəcəyi qərarına Rusiyadan sərt reaksiya gəlib.
Türkiyə KİV-nin xəbərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Suriyada hərbi əməliyyatlar aparması ilə bağlı atacağı addımlara münasibət bildirib:
"Terrorla mübarizəni bəhanə edib, Suriyadakı rejimi dəyişdirmək niyyətləri Rusiya tərəfindən qəbul edilməzdir. Biz bunu təəssüflə qarşılayırıq".
Bildirək ki, oktyabrın 2-də Türkiyə parlamenti hökumətin orduya ölkə xaricində hərbi əməliyyatlar keçirmək hüququ tanıyan qanun layihəsini qəbul edib. Bununla da, Türkiyə İŞİD-ə qarşı mübarizədə Suriya və İraqda hərbi əməliyyatlar apara biləcək. Hələlik isə, Türkiyə ölkə xaricində əməliyyatlara başlamayıb.