27 İyun 2020 15:21
4 473
ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid etməsi əsassızdır.
"Gazeta.ru"nun verdiyi məlumata görə, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş bildirib.
A.Quterreş deyib: "ÜST rəhbərliyinin nümayəndələrini tanıyıram, onlar heç bir ölkənin nəzarəti altında deyil. Onlar həmişə vicdanla hərəkət edirlər".
Baş katib əlavə edib ki, pandemiya bitdikdən sonra ölkələrin virusa necə qarşı reaksiyası ilə bağlı araşdırma aparmaq lazım olacaq.
Xatırladaq ki, mayın 29-u Vaşinqton ÜST ilə əməkdaşlığını dayandırmaq niyyətində olduğunu bildirib.
14:15
196
14:11
245
14:07
259