Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində oxumaq istəyənlər üçün imtahan keçirilib Dünya

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində oxumaq istəyənlər üçün imtahan keçirilib

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil almaq istəyənlərlə onlayn test imtahanı və müsahibə keçirilib.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, onlayn test və müsahibədən uğurla keçən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunub.

Qeyd edək ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil alması üçün 3 nəfər Azərbaycan Respublikası vətəndaşına yer ayrılıb. Bununla bağlı sənəd qəbulu 09 – 16 iyul tarixlərində aparılıb.

Qeyd olunan müddət ərzində sənədlərini təqdim edən abituriyentlərlə Dövlət İmtahan Mərkəzi tərəfindən 20 iyul 2020-ci il tarixində ümumi intellekt səviyyəsinin yoxlanılması üçün onlayn test, həmçinin rus, ingilis dillərində onlayn müsahibə keçirilib.

Onlayn test və müsahibədən uğurla keçən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunub.

İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində keçiriləcək. Bu mərhələdə abituriyentlər seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər.

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.