ATƏT-dən Ukrayna ilə bağlı təklif Dünya

ATƏT-dən Ukrayna ilə bağlı təklif

Qurumun fəaliyyətdə olan sədri beynəlxalq təmas qrupu yaratmağa çağırıb

"Ukraynadakı hadisələr bir daha onu xatırladıb ki, Avroradakı təhlükəsizliyi təbii hal kimi qiymətləndirmək olmaz". APA-nın məlumatına görə, bunu BMT-nin ATƏT-lə əməkdaşlıq məsələlərinə həsr olunmuş BMT Təhlükəsizlik Şurasının iclasında ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə xarici işlər naziri Didye Burkhalter bəyan edib.
O, Ukrayna üzrə xüsusi nümayəndənin təyin edilməsi haqda məlumat verib, habelə Ukrayna üzrə beynəlxalq təmas qrurunun yaradılmasını təklif edib. "Bu gün mən səfir Tim Quldimannı Ukrayna üzrə xüsusi nümayəndə təyin etmək qərara gəldim. O, ATƏT-in Ukraynadakı bütün tədbirlərini koordinasiya edəcək", - deyə D.Burkhalter bildirib.
ATƏT-in fəaliyyətdə olan sədri həmçinin qeyd edib ki, bu gün Ukrayna üzrə Beynəlxalq təmas qrupunun yaradılmasına dair məsləhətləşmələr ararılır. Həmin qrura həm Ukrayna, həm də beynəlxalq ictimaiyyətin nümayəndələri daxil olacaq. D.Burkhalterin sözlərinə görə, Beynəlxalq təmas qrurunun əsas vəzifəsi Ukraynanı keçid dövründə dəstəkləməkdir. O qeyd edib ki, bu qrup ATƏT himayəsi altında yaradılmalıdır.
Hələlik isə Ukraynaya ATƏT-in kiçik qruru göndəriləcək. Həmin qrur yaxın günlər üçün tələb olunan yardımın həcmini müəyyən edəcək.