İŞİD-in məhv ediləcəyi tarix açıqlandı Dünya

İŞİD-in məhv ediləcəyi tarix açıqlandı

Terror təşkilatı olan İŞİD-in məhv ediləcəyi tarix açıqlanıb.
Bu haqda məlumatı İraqın xarici işlər naziri İbrahim Cəfəri yayıb.
Nazir Bəhreyndə İŞİD-ə qarşı mübarizə mövzunda keçirilən konfransda deyib ki, 2016-ci ilə qədər İŞİD bütün İraq ərazisindən təmizlənəcək. İbrahim Cəfəri ABŞ-ın başçılığı ilə koalisiyanın etdiyi hava hücumlarını müsbət qiymətləndirib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif paytaxt Tehranda təşkil edilən mətbuat konfransında ölkəsinin İŞİD-lə mübarizə sona çatana qədər İraq xalqının yanında dayanacağını vurğulayıb.
Qeyd edək ki, Tehranda 9-10 dekabrda keçiriləcək "Dünya: müharibəyə qarşı" adlı beynəlxalq konfransda 40 ölkənin rəsmilərinin iştirak edəcəyi gözlənilir.Konfransda iştirak edənlər arasında Suriyanın xarici işlər naziri Vəlid Muallimin də adı var.