Gürcüstanda son sutkada koronavirusa 1800 yoluxma qeydə alınıb, 20 nəfər ölüb Dünya

Gürcüstanda son sutkada koronavirusa 1800 yoluxma qeydə alınıb, 20 nəfər ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1800 yoluxma halı qeydə alınıb, 20 nəfər ölüb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 233 879, ölənlərin sayı isə 2 666 nəfərə çatıb. Koronavirusa yoluxanlardan 223 276 nəfərin sağaldığı bildirilir.