12 Yanvar 2021 10:08
2 170
Rusiya ilə Monqolustan sərhədində 6,5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq seysmoloji mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanlar Moskva vaxtı ilə saat 00:32:59-da qeydə alınıb. Zəlzələnin episentri İrkutsk vilayətinin Anqarsk şəhərindən 277 km məsafədə, Xubsuqul gölündə yerləşib.
Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə olub.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
14:15
350
14:11
343
14:07
357