Papuaşvili: Gürcüstan Aİ-yə üzvlüyə hazırlanmağı davam etdirəcək
Putin hərbi xidmətə çağırışın il boyu aparılması haqqında qanunu imzalayıb
EBRD-nin Azərbaycanda investisiya qoyduğu layihələrin həcmi açıqlanıb
Sabirabad xəstəxanasının vəzifəli şəxslərinə cinayət işi açılıb, məhkəmə başlayır
Kallas: 2030-a qədər yeni ölkələrin Aİ-yə qoşulması real görünən hədəfdir
27 Aprel  2021 08:38
2 142
Beynəlxalq Türk Mədəniyyət Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov, ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” açıqlaması ilə bağlı bəyanat yayıb.
APA-nın yerli bürosuna TÜRKSOY-dan verilən məlumata görə, D.Kaseinov bildirib ki, beynəlxalq və regional təhlükəsizlik problemlərinin son dərəcə vacib olduğu bir dövrdə Amerika Birləşmiş Ştatları Prezidentinin 1915-ci il hadisələrini "soyqırım" kimi qiymətləndirməsini qərəzli və ədalətsiz hesab edir.
TÜRKSOY rəhbəri məlum bəyanatın, regional sülhə, mədəniyyətlərin yaxınlaşmasına və xalqlar arasında birgəyaşayış faktoruna vurduğu və vuracağı zərərləri diqqət çərək qınadığını və bu hadisələrin heç bir hüquqi əsasının olmadığını vurğulayıb.
Bundan başqa, Baş katib Birinci Dünya Müharibəsi dövründə baş verən hadisələrin gündəlik siyasət deyil, elm mövzusu olduğunu və bunun elm adamları tərəfindən aydınlaşdırılmasının məqsədəuyğun olduğunu bildirib.