Nalbandyan həmsədrlərlə görüşdü Dünya

Nalbandyan həmsədrlərlə görüşdü

"Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan ilə yaxşı görüş baş tutdu, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə apardıq". Bu fikri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün Twitter hesabında yazıb.
Daha sonra həmsədr qeyd edib: "Nalbandyanın gərginliyi azaldacağı ilə bağlı götürdüyü öhdəliyi alqışlayırıq".
Qeyd edək ki, həmsədrlər bu il qoşunların təmas xəttində yaranan gərginliklə bağlı narahatlıqlarını ifadə edib və Ermənistanı gərginliyi azaltmaq istiqamətində ölçü götürməyə çağırıblar.