İranda bir gündə koronavirusdan 116 nəfər ölüb Dünya

İranda bir gündə koronavirusdan 116 nəfər ölüb

İranda ötən sutka ərzində koronavirusdan (COVID-19) 116 nəfər ölüb.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 83 217 nəfərə yüksəlib.

İranda ötən sutka ərzində 11 716 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 3 117 336 nəfərə çatıb. Virus daşıyıcılarından 3 249 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 2 771 705 nəfər koronavirusdan sağalıb, 22,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə İranda 5,37 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 972 min təşkil edir.

Koronavirusa yoluxma üzrə 22 rayon qırmızı və 175 rayon narıncı zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 251 rayon sarı zona hesab olunur.