Stefan Dujarrik: "BMT Baş katibi Əfqanıstandakı vəziyyətdən narahatlıq keçirir" Dünya

Stefan Dujarrik: "BMT Baş katibi Əfqanıstandakı vəziyyətdən narahatlıq keçirir"

“BMT-nin Baş katibi Antonio Quterreş Əfqanıstanda hadisələrin inkişafı, Herat və Qəndəhardakı döyüşlərdən dərin narahatlıq keçirir”.

Bunu cümə axşamı baş katibin sözçüsü Stefan Dujarrik brifinqdə bildirib.

"Baş katib Əfqanıstanda baş verən hadisələr, o cümlədən Herat və Qəndəhardakı son döyüşlər mövzusunda dərin narahatlıq keçirir. Xüsusilə, döyüşlərin şəhərlərə yayıldığından və vətəndaşlara zərər verə biləcəyindən narahatıq. Ümid edirik ki, bu həftə Dohada Əfqanıstan rəsmiləri ilə “Taliban” arasında, eləcə də regional və beynəlxalq elçilərin iştirakı ilə münaqişənin danışıqlar yolu ilə həlli bərpa ediləcək”, deyə Dujarrik vurğulayıb.

Təşkilat sözçüsünün sözlərinə görə, bir çox əfqan sığınacaq axtarmaq üçün Kabilə və digər böyük şəhərlərə gəlir: “Münaqişə nəticəsində, təxminən 390 min insan köçkün vəziyyətinə düşüb. Əfqanıstanda humanitar təşkilatlar fəaliyyətini davam etdirir, yerdəki vəziyyətin strukturlararası qiymətləndirilməsi davam edir”.