KXDR dünya və qonşu ölkələr üçün təhlükə yaradır Dünya

KXDR dünya və qonşu ölkələr üçün təhlükə yaradır

KXDR-dən yeni raketin buraxılması beynəlxalq ictimaiyyət və qonşu ölkələr üçün təhlükə yaradır və eyni zamanda BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini pozur.

“Xalq Cəbhəsi” xarici mediayua istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
"Bu buraxılış BMT Təhlükəsizlik Şurasının bir neçə qətnaməsini pozur və Şimali Koreyanın qonşuları və beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır", - bəyanatda deyilir. Eyni zamanda Amerika Xarici İşlər Nazirliyi Vaşinqtonun diplomatik yanaşmaya sadiq qaldığını qeyd edərək Pxenyanı danışıqlara başlamağa çağırır.
Lakin Bazar ertəsi günü ABŞ Silahlı Qüvvələrinin Hind-Sakit okean Komandanlığı KXDR-in raket buraxmasının ABŞ və müttəfiqləri üçün dərhal təhlükə yaratmadığını bildirib.
Cənubi Koreya Milli Müdafiə Nazirliyi nümayəndəsinin əvvəllər TASS-a verdiyi məlumata görə, KXDR-in yeni buraxılışı ölkənin şərq bölgələrindən təxminən 06:40 (Moskva vaxtı ilə 00:40) radələrində həyata keçirilib. İlkin məlumatlara görə, mərmi BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə qadağan edilməyən qısa mənzilli raketdir. Mərminin ballistik raket olduğu təyin olunarsa, qanadlı raket sınaqları nəzərə alınmaqla ilin əvvəlindən bu yana üçüncü belə atış və altıncı raket sınağı olacaq.
Maraqlıdır ki, raketin buraxılışı KXDR-in BMT-dəki daimi nümayəndəsi Kim Sungun Nyu-Yorkda Baş Assambleyanın 76-cı sessiyasının ümumi siyasi müzakirəsindəki çıxışının başlamasından əvvəl baş verib.

Cavid