“Tokayevin KTMT-ni ölkəyə dəvət etməsi Qazaxıstanın müstəqilliyinə vurulan zərbədir”-politoloq Dünya

“Tokayevin KTMT-ni ölkəyə dəvət etməsi Qazaxıstanın müstəqilliyinə vurulan zərbədir”-politoloq

“Mərkəzi Asiyanın ərazicə və iqtisadi cəhətdən böyük ölkəsi olan Qazaxıstanda hakimiyyət bölgüsündə narazılıq və xarici siyasət üzrə Nazarbayev -Tokayev tamdeminin ayrı-ayrı xətti izləməsi, ölkənin Rusiyanın nəzarətinə keçməsini şərtləndirdi”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, bildirib ki, Nursultan Nazarbayev Qərblə əlaqələrə üstünlük verir, türk birliyinin güclənməsi və xalqın özünəqayıdışı ilə bağlı ciddi addımlar atır, bu yöndə siyasət aparırdı: “Prezident Tokayev isə, Rusiya və Çinlə siyasi-iqtisadi əlaqələrin inkişafında və bu iki ölkə ilə sıx əməkdaşlıqda siyasət aparırdı. Nəticədə hakimiyyətdə maraqlar toqquşurdu. Artıq post-Nazarbayev dövrüQazaxıstanın Rusiyadan asılı olması dövrü olacaq.

Qeyd edim ki, Nazarbayevə qarşı Tokayev təzyiqlərə başlamışdı və onu uzaqlaşdırılması istiqamətində müəyyən manevrlər edirdi. Demək olar ki, prezidentTokayev Nazarbayevin yaxın qohumlarını yüksək vəzifədən uzaqlaşdırıb. Tokayev öz hakimiyyətini qorumaq və gücləndirmək üçün KTMT-ni (Rusiyaordusnu) ölkəsinə dəvət etdi. Bu, Qazaxıstanın müstəqilliyinə vurulan zərbədir.

Prezident Putin Ukrayna, Belarus və Qazaxıstan məsələsində Qərblə danışıqlarda əlini xeyligücləndirib. Amma, bu taktiki gedişdir. Strateji plandaRusiyanın Belarus və Qazaxıstan siyasəti ugurluolmayacaq.

KTMT-nin Qazaxıstana hərbi qüvvə göndərməsi təbii ki, bu ölkənin prezidentinin dəvəti ilə baş tutub. Amma, təşkilatın 4 cü maddəsiə ziddir. ÇünkiQazaxıstan xarici təcavüzə məruz qalmayıb. PrezidentTokayev ölkəni Rusiyadan asılı bir vəziyyətə saldı”.

Əli