“Borçalı” Cəmiyyəti bəyanat yayıb Hadisə

“Borçalı” Cəmiyyəti bəyanat yayıb

"Gürcüstana giriş yasağı qərarını dərhal ləğv etməlidir"

"Borçalı" Cəmiyyəti qurumun sədri Zəlimxan Məmmədli və sədr müavini Salman Murquzovun Gürcüstana girişinə qoyulan qadağa ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir: "Gürcüstanın indiki siyasi hakimiyyəti Cəmiyyətin sədri Zəlimxan Məmmədli və onun müavini Salman Murquzov haqqında Gürcüstana giriş yasağı qərarını dərhal ləğv etməlidir. Çünki bu qərar əsassız olmaqla-soydaşlarımızı narahat edir, gürcü xalqı və soydaşlarımız arasında etimadsızlıq yaradır, Azərbaycan- Gürcüstan - Türkiyə münasibətlərinə kölgə salır, Gürcüstanın düşmənlərinə fürsət verir, etnik zəmində qarşıdurma yaratmaq istəyən qüvvələri stimullaşdırır, Rusiyanın imperiya maraqlarına xidmət edir, dini və milli ekstremizmə imkanlar yaradır, Gürcüstanın parçalanmasına rəvac vermiş Abxaziya və Cənubi Osetiya separatçılarına haqq qazandırır, Gürcüstan üçün problem olan erməni separatizminə əlavə güc verir, bölgədə "Borçalı" Cəmiyyətinin yürütdüyü barış və sülh xəttinə, fərqli mədəniyyətlərin, dinlərin, dillərin birgəyaşayış platformuna cidd təhlükə yaradır, Gürcüstanın demokratik imicinə mənfi təsir göstərir, indiki Gürcüstan hakimiyyətinin dayaqlarını laxladır. və s. "Borçalı" Cəmiyyəti Gürcüstan mediasında əleyhimizə aparılan qara piar kompaniyasından təəssüflənməklə əleyhimizə yönəlik ittihamları qətiyyətlə rədd edir və bəyan edir: "Borçalı" Cəmiyyəti Gürcüstanın yanlış dezinformasiyalara əsaslanaraq cəmiyyətin sədri və onun müavini haqqında çlxarılmış Gürcüstana guriş yasağı qərarını pisləyərək, son zamanlar əleyhimizə aparılan böhtan kompaniyasına və baş verən xoşagəlməzliklərə görə Gürcüstanın indiki siyasi hakimiyyətinin birbaşa məsuliyyət daşıdığını bildirir. "Borçalı" Cəmiyyəti baş verənləri təxribat kimi qiymətləndirərək, hər zaman olduğu kimi bir daha bildirir ki, bütün növ aqressiyaya, separatizmə qarşı olacaq, Gürcüstanın ərazi bütövlüyü çərçivəsində Gürcüstan konstitusiyası və Beynəlxalq hüququn verdiyi imkanlarla bölgədə barış və sülh üçün gərəkənləri edəcək, soydaşlarımızın vətəndaş hüquqlarının təmininə yardımçı olacaqdır. Gürcüstanı sevən hər kəs, bir bir gürcü əmin olsun ki, Çürscüstanı təhdid edən düşmənlərə qarşı onlarla bir səngərdə olmaq hər birimizin şərəf borcudur".

Əli