Ordumuz dünyanın ən güclüləri sırasında Hadisə

Ordumuz dünyanın ən güclüləri sırasında

Ermənistan reytinq siyahısında bizdən 34 pillə geridə - 94-cü yerdədir

Amerikanın "Global Fire Power" araşdırma mərkəzi dünya ən güclü ordularının yeni reytqini açıqlayıb.
"Global Fire Power" araşdırma zamanı əsas 40 faktoru nəzərə alıb. Burda müdafiə sahəsinə ayırlan vəsaitin məbləğı, şəxsi heyətin, limanın, ordunun və tankların sayı, eyni zamada maliyyə ehtiyat və s. meyarlar nəzərə alınıb.
Siyahıda 126 ölkə yer alıb.
İlk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, İngiltərə, Yaponiya, Türkiyə, Almaniya, İtaliya yer alıb.
Dünyanın ən güclü orduları arasında Azərbaycan da daxil edilib. Ölkəmiz siyahıda 60-cı yerdə qərarlaşıb. Düşmən Ermənistan isə reytinq siyahısında bizdən 34 pillə geridə - 94-cü yerdədir.