“18 oktyabr müstəqillik aktını tarixi şansdan əbədi gerçəkliyə çevirməyi bacardıq” Hadisə

“18 oktyabr müstəqillik aktını tarixi şansdan əbədi gerçəkliyə çevirməyi bacardıq”

"25 il il əvvəlin 18 oktyabr tarixidə bu yola çıxdıq. Müstəqillik yoluna. Əlbəttə, içərimizdə bu yolun toplum olaraq bizə uğur qazandırmayacağını düşünənlər oldu. Əlbəttə, 25 il öncənin bu günləri üçün qeyri-müəyyənlik ab-havasının başları dumanlandırması mümkün idi". Bu fikirləri facebook profilində Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qeyd edib. O, bildirib ki, müstəqillik eyforiyasının hansısa mənada xeyrimizə işləməyəcəyini düşünmək də olardı: "Ancaq zənnimcə, 25 il öncə Tanrı bu torpaqda yaşayan insana bir şans verdi. Dünyadakı 5 minə yaxın xalqın 200-dən biri olmaq, dövlət millətinə çevrilmək şansını. İspan əsilli Amerika filosofu və yazıçısı Corc Santayananın təbirincə desəm, müstəqillik deklorasiyaları heç kəsi əsl müstəqil insana çevirmir. Çətinliklər və məhrumiyyətlərlə üzləşdik. Hər şeyə rəğmən bizlər 25 il ərzində 18 oktyabr müstəqillik aktını tarixi şansdan əbədi gerçəkliyə çevirməyi bacardıq. Demək ki, dövlət milləti olaraq müstəqil yaşamağı da bacardıq. Müstəqil Azərbaycan dünyanın harasında yaşamasınlan asılı olmayaraq hər bir azərbaycanlının vətənidir. Hər bir soydışımızı bu nailiyyət münasibəti ilə ürəkdən təbrik edirəm! Əminəm ki, 25 ilin xoş ovqatı bizləri mütəqillik yolumuzda daha böyük uğurlara daşıyacaq. Uğurlarımız bol olsun! Uca Tanrı bizlərdən nəzərlərini əskik eləməsin!".