Fövqəladə hallar nazirinin müavinlərinin sayı artırılıb Hadisə

Fövqəladə hallar nazirinin müavinlərinin sayı artırılıb

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
APA-nın məlumatına görə, fərmana əsasən, əsasnamənin 10.8-ci bəndində "dörd müavini" sözləri "altı müavini" sözləri ilə əvəz edilib.
Dövlət başçısı Teymur Ramiz oğlu Mehdiyevin fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə T. Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilib.
Dövlət başçısı Tapdıq Əhliman oğlu Əmiraslanovun da fövqəladə hallar nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.