Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Yığıncağı öz işinə başlayıb İqtisadiyyat

Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Yığıncağı öz işinə başlayıb

Bakıda İslam İnkişaf Bankı (İİB) Qrupunun İllik Yığıncağı öz işinə başlayıb.

APA xəbər verir ki, “Dayanıqlı rifah naminə regional inteqrasiya” mövzusuna həsr edilən tədbir çərçivəsində İİB Qrupuna üzv olan 57 ölkə arasında iqtisadi əməkdaşlıq, davamlı inkişafın gücləndirilməsi istiqamətində müzakirələr aparılacaq.

İllik Yığıncaqda yüksək səviyyəli dövlət rəsmiləri, üzv ölkələrin maliyyə, iqtisadiyyat, planlaşdırma, inkişaf və investisiya nazirləri, beynəlxalq və regional maliyyə institutlarının rəhbərləri, özəl sektor nümayəndələri, media təmsilçiləri iştirak edir.