İran ABŞ-la memorandum imzalamazdan əvvəl Yaxın Şərqə səfər edəcək Gündəm

İran ABŞ-la memorandum imzalamazdan əvvəl Yaxın Şərqə səfər edəcək

İran nümayəndə heyəti Cenevrədə ABŞ ilə memorandum imzalamazdan əvvəl Yaxın Şərqin bir neçə ölkəsinə səfər etmək niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai bildirib.

"Cenevrədəki görüş başlamazdan əvvəl regionun bəzi ölkələrinə səfərlər planlaşdırılır. Bütün detallar razılaşdırıldıqdan sonra tur haqqında ətraflı məlumat açıqlanacaq", — deyə o, mətbuat konfransında qeyd edib.

Bəqai əlavə edib ki, "Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı anlaşma memorandumunun imzalanma qaydası və mexanizmi" barədə yekun qərar bu gün və ya sabah qəbul ediləcək.

Məryəm Quliyeva