16:14
574
Avropa İttifaqı Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edərək qara siyahıya 80-dən çox fiziki şəxs və təşkilatı, o cümlədən Rusiya Federasiyasına dost olan ölkələrin nümayəndələrini daxil edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Aİ anti-Rusiya sanksiyaları siyahısına bir sıra jurnalist və bloggerləri, o cümlədən RT (Russia Today) ilə əməkdaşlıq edənləri də əlavə edib.
Sanksiyalar aşağıdakı şəxs və qurumlara qarşı tətbiq edilib:
«Lukoyl — Qərbi Sibir» şirkəti;
Rusiya Federasiyasının baş prokuroru Aleksandr Qutsan;
Rusiyalı vəkil və keçmiş ombudsman Pavel Astaxov;
Bir sıra jurnalist və bloggerlər, o cümlədən RT ilə əməkdaşlıq edənlər;
Simferopol və Krım mitropoliti Tixon;
Prezident Mədəniyyət Təşəbbüsləri Fondu;
«Qazpromneft şipping» şirkəti;
Rusiyanın Ntechlab baş şirkəti;
"Rostex"in icraçı direktoru Evtuşenko və dövlət korporasiyasının sənaye direktoru;
"Roskosmos"un S. A. Lavoçkin adına NPO (Elmi-İstehsalat Birliyi) müəssisəsi;
"Kalaşnikov" konserninin İjevsk Aviasiya Zavodu və Perspektiv Araşdırmalar Fondu;
«ERA» hərbi innovasiya texnopolisı;
Rusiya Federasiyası Müdafiə Nazirliyinin 18-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu.
Məryəm Quliyeva