İsrail sazişin məzmunundan narazıdır Dünya

İsrail sazişin məzmunundan narazıdır

İsraildə ABŞ və İran arasındakı sülh sazişindən narazıdırlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti sazişin detalları ilə tanış olan İsrailli mənbəyə istinadən yazır.

Mənbənin sözlərinə görə, Təl-Əviv üçün əsas problemlər bunlardır:

Sazişdə İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi ilə bağlı aydın cavablar yoxdur və Tehranın nüvə proqramına qarşı kifayət qədər məhdudiyyət nəzərdə tutulmayıb. "Görünən odur ki, saziş İranın xoş niyyətinə əsaslanır".

İran hökumətinin süqutu üçün şərait yaratmaq əvəzinə, bu sövdələşmə ölkə xəzinəsinə vəsaitlərin geri qayıtmasına imkan verəcək.

Sazişdə İranın "Hizbullah" da daxil olmaqla, digər qüvvələrə dəstəyini dayandırması üçün aydın mexanizm qeyd olunmayıb.

Livandakı son hərbi əməliyyatlar "Hizbullah"ın addımlarından sonra başlayıb". Lakin İran sülh sazişinin Livan münaqişəsinə də şamil edilməsində israr edir.

İsrail İranla sazişin "Hizbullah"a qarşı hərbi kampaniya ilə əlaqələndirilməsinə imkan verməməyə çalışırdı, lakin onun bu məsələyə təsiri "görünür, məhdud olub".

İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı güclü təzyiqlər var. Ondan "Trampın diktəsinə tabe olmaması" tələb edilir, lakin Netanyahunun özü ABŞ prezidentinə qarşı açıq şəkildə çıxış etmək istəmir, çünki onların arasındakı münasibətləri özünün əsas "siyasi kozırlarından" biri hesab edir.

Məryəm Quliyeva