16:46
511
ABŞ öz tərəfindən və ya İsrail də daxil olmaqla, müttəfiqləri tərəfindən memorandumun müddəalarının istənilən şəkildə pozulmasına görə məsuliyyət daşıyacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Bəqai bildirib.
"Sazişin digər iştirakçıları və ABŞ-ın regiondakı müttəfiqləri tərəfindən istənilən qayda pozuntusuna görə məsuliyyəti Amerika tərəfi daşıyacaq", — deyə o, həftəlik mətbuat konfransı zamanı qeyd edib.
Bəqainin sözlərinə görə, Yaxın Şərqdə heç kim İsrailin regionda sabitlikdə maraqlı olduğuna və ABŞ ilə koordinasiya etmədən hər hansı bir addım ata biləcəyinə inanmır, buna görə də bütün məsuliyyət məhz Vaşinqtonun üzərinə düşür.
Məryəm Quliyeva