09:56
3 080
ABŞ və İran arasında razılaşmanın əldə olunmasından sonra Hörmüz boğazı vasitəsilə tamdəyərli gəmiçiliyin bərpası bir neçə həftədən bir aya qədər vaxt apara bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzetinə dünyanın ən böyük tanker donanması operatoru "Mitsui O.S.K. Lines" şirkətinin rəhbəri Zetaro Tamura bildirib.
Onun sözlərinə görə, gəmiçilik şirkətləri adi iş rejiminə qayıtmağa tələsmirlər və əldə olunmuş razılaşmaların boğazdan təhlükəsiz keçidi həqiqətən təmin etdiyinə dair təsdiq gözləyəcəklər. Qəzet Tamuranın bu sözlərini sitat gətirir: "Bunun üçün bir ay olmasa da, ən azı bir neçə həftə tələb olunacağını güman etmək məntiqlidir".
"Financial Times"ın məlumatına görə, boğaz ərazisində hələ də təhlükəsiz keçid gözləyən yüzlərlə gəmi qalmaqdadır.
Məryəm Quliyeva