İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək Hadisə

İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək

Nazir Əhməd Arslan: "Bakı-Tblisi-Qars layihəsi bölgənin qurtuluşudur"

"Bakı-Tblisi-Qars dəmir yolu layihəsi bölgənin qurtuluşudur". Bunu Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib.
Nazir vurğulayıb ki, bu layihə bölgənin iqtisadi inkişafına ciddi təsir edəcək: "Bakı-Tbilisi-Qars layihəsi artıq başa çatmaq üzrədir. Bu layihə həm Qarsın, həm də bölgənin qurtuluşudur. Təkcə bu layihə ilə kifayətlənmək olmaz. İğdırı Naxçıvana, İrana və Pakistana birləşdirəcəyik. İki gün öncə prezident Rəcəb Tayyib Ərdoğanla Pakistanda olarkən 10 ölkənin rəsmiləri ilə görüşlər keçirdik və görüşlərdə əsas diqqət Bakı-Tbilisi-Qars və Qars-İğdır-Naxçıvan layihələrinə yönəlmişdi".
Nazir bu layihənin yeni investisiya qoyuluşlarına səbəb olacağını bildirərək əlavə edib ki, bunun üçün Qarsda logistika mərkəzinin yaradılmasına qərar verilib: "Qars Logistika Mərkəzinin tenderini keçirdik. Layihənin ümumi dəyəri 100 milyon lirədir. Bu günlərdə mərkəzinin təməli qoyulacaq".