Prokuror MTN generalı Elçin Quliyevə cəza istəyib Hadisə

Prokuror MTN generalı Elçin Quliyevə cəza istəyib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayorElçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakim Elbəyi Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə prokuor çıxış edib. Dövlət ittihamçısı Elçin Quliyevin 15, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bundan başqa, dövlət ittihamçısı təqsirləndirilən şəxslərin hərbi rütbələrinin alınması və əmlaklarının 4 zərərçəkənin xeyrinə müsadirə edilməsini də istəyib.
Proses noyabrın 24-də davam etdiriləcək.