Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir
FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
“Qatar Airways”in təyyarəsi ehtiyat hava limanı kimi Bakıya eniş edib
İsrail Qəzzada HƏMAS-ın təlim bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb
22:15
553
"Mən Fransanın Suriya xalqına plüralizmə və qonşuları ilə sülhə sadiq qalan suveren, vahid Suriya qurmaqda dəstək vermək öhdəliyini bir daha təsdiqləmək üçün gəlmişəm".
Bu sözləri Fransa prezidenti Emmanuel Makron Suriyaya səfəri zamanı deyib.
Paytaxt Dəməşqin beynəlxalq hava limanında Fransa prezidentini müvəqqəti hökumətin xarici işlər naziri Əsəd əl-Şeybani qarşılayıb.
"Gəlin birlikdə bölgədə sülh və sabitliyin yeni bir fəslini açaq", - deyən Makron Suriyanın Yaxın Şərqdə gərginliyin azaldılmasında mühüm rol oynayacağına ümid etdiyini bildirib.
Makronu müharibədən sonrakı Suriyanın bərpası və yenidən qurulmasına həsr olunmuş dəyirmi masada iştirak edəcək fransız iş adamlarından ibarət nümayəndə heyəti müşayiət edir.