Diaspor təşkilatından “The Financial Times”a etiraz Hadisə

Diaspor təşkilatından “The Financial Times”a etiraz

Dünya Azərbaycanlıları Assambleyası "The Financial Times" (FT) nəşrində "Avropa Şurası insan haqlarından imtina edir?" başlıqlı məqalə ilə bağlı qəzet rəhbərliyinə etiraz məktubu ünvanlayıb. DAA-nın mətbuat xidmətindən verilən müraciətdə qeyd edilir ki, 19.12.2017 tarixində mətbu orqanda Azərbaycan əleyhinə gedən "Avropa Şurası insan haqlarından imtina edir?" məqaləsini həm qərəzli, həm də son illər güclənən Avropa Azərbaycan münasibətlərinin ruhuna zidd hesab olunur: " Məqalə hazırlanarkən mətbuatın şəffaflığı və obyektivliyi prinsiplərinə əməl olunmadığını, qərəzə xidmət etdiyini hesab edirik. Təklifimiz budur ki, insan haqlarından yazarkən 21-ci əsrin texniki imkanlarının yüksək inkişaf dövründə olduğu bir dövrdə Afrikada su, qida çatışmazlığından dünyanın gözləri önündə dünyasını dəyişən insanlar və onları bu duruma salan səbəblər haqqında yazmağı unutmamalıyıq. Bugün Avropa Şurası və bir çox beynəlxalq birliklərin üzvü kimi qəbul etdikləri, müəyyən imtiyazlar tanıdıqları, bir rejim var. Bu rejim işğalçılıq və etnik təmizləmə siyasəti aparan , eyni zamanda qəddarlığının miqyasına tarixdə az rast gəlinən Azərbaycanın Xocalı bölgəsindəki soyqrımın birbaşa təşkilatçısıdır. Bugün görürük ki, işğalçı rejimlə , sivil və sülhü müdafiə edən ölkələr arasında heç bir fərq qoyulmur. Bu rejim bugün Ermənistanda hakimiyyətdə olan Sarkisyan rejimidir. Minlərlə ölüdürülən insanların haqqı, doğma yurdlarından didərgin salınan milyonlarla Azərbaycanlının haqqı necə olsun? Beynəlxalq qurumların və BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağı işğalçı Ermənistan ordusunun tərk etməsi ilə bağlı qətnamələrinin icra edilməməsinin beynəlxalq hüququn pozulması deyilmi? Buyurun sizə insan haqlar , buyurun bu da demokratik dünyanın insan haqlarına münasibəti". Sonda qeyd edilir ki, insan haqların ,azad söz kimi dəyərlərə sahib çıxdığınızı iddia edirsinizsə o zaman zəhmət olmasa bizim etirazımızı da olduğu kimi media orqanınızda çap etməyi unutmayın.