Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb Hadisə

Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralla görüşüb.
Mübariz Qurbanlı Türkiyə-Azərbaycan arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin inkişafının əhəmiyyətini vurğulayıb.
İki ölkənin digər sahələrdə olduğu kimi din sahəsində də əlaqələrinin genişləndirilməsinin perspektivlərini diqqətə çatdıran Dövlət Komitəsinin sədri Azərbaycan və Türkiyənin müvafiq qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Türkiyə səfiri Erkan Özoral Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasını dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanması baxımından önəmli addım kimi dəyərləndirib. Səfir gələcəkdə Azərbaycan və Türkiyənin müvafiq təhsil müəssisələri arasında əlaqələrin sistemli şəkildə qurulması, birgə əməkdaşlıq imkanları, eyni zamanda, qarşılıqlı təcrübə mübadiləsinin təşkilinin əhəmiyyəti barədə danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.